Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 7 günlük milli matəm elan olunub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tvitter” hesabında etdiyi paylaşımda məlumat verib.
“Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar yeddigünlük milli matəm elan edilib. Bayrağımız fevralın 12-də gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.