İsrailin paytaxtı Təl-Əvivdə bələdiyyə binası Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.
Senzor.az bildirir ki, bu barədə İsrailin Türkiyədəki səfiri İrit Lillian Twitter-də paylaşım edib.
“Türkiyə Cümhuriyyəti ilə həmrəylik rəmzi olaraq Təl-Əviv bələdiyyəsi bu gecə öz binasını Türkiyə bayrağı ilə işıqlandırır. Qəlbimiz sizinlədir”, - diplomat qeyd edib.