Vardanyan Xankəndidən qaçdı
NİYƏ VƏ NECƏ?

Ermənistan mediasının məlumatına görə, Ruben Vardanyan Azərbaycan torpaqlarından, konkret olaraq Qarabağın dağlıq hissəsindən qaçıb və Moskvaya sığınıb. Onun geri qayıtmaq niyyətində olmadığı bildirilir.

 

Əslində, Vardanyanın gec-tez Azərbaycandan gedəcəyi məlum idi. Çünki anlayırdı ki, Azərbaycan öz ərazilərində hansısa separatçı meyillərin baş qaldırmasına imkan verməyəcək. Onun Xankəndidə olması Ermənistan-Azərbaycan, Azərbaycan-Rusiya, hətta Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərirdi. R.Vardanyanın məqsədi, sadəcə, regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaq idi. O, hər vəchlə Qarabağdakı ermənilərə “müstəqil dövlət”də yaşamağı aşılamaq istəyirdi, hətta “Qarabağ erməniləri Ermənistan ermənilərindən nə üçün asılı olmalıdırlar?” kimi bəyanat da səsləndirmişdi. Onun bu fikri Qarabağ və Ermənistan erməniləri arasında növbəti qarşıdurma yaratmışdı. O, Qarabağa gəlməsinin məqsədinin buradakı ermənilərin həyat şəraitini yaxşılaşdırmaq olduğunu iddia etsə də, əslində, əsas hədəf Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirmək, daha da varlanmaq, eyni zamanda, separatçılıqla məşğul olmaq idi. Onun fəaliyyəti Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına da mənfi təsir edirdi. İndi isə o, Azərbaycandan qovuldu, qaçdı. Onun hansı şəraitdə qaçdığı məlum deyil. Amma bəlli olan odur ki, bunu heç də normal qaydada etməyib – ya hansısa sülhməramlı avtomobilin yük yerində gizlənməklə, ya çirkli paltarların arasında, ya da özünəməxsus formada – qorxaqcasına, qadın libasında.

 

İstənilən halda, Ruben Vardanyanın “öz” millətini darda qoyaraq qaçması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin iradəsinin növbəti təzahürüdür. Çünki Azərbaycan dövləti və Prezident İlham Əliyev Qarabağ ermənilərinə dəfələrlə ölkə qanunları çərçivəsində firavan yaşamağı təklif edib. Mülki ermənilərin buna münasibəti heç də mənfi deyil. Son zamanlar baş verən bir sıra hadisələr - istər Qarabağda aparılan tikinti işləri, yol çəkilişləri zamanı, istərsə də digər fəaliyyətlərdə oradakı mülki ermənilərin davranışları bunu söyləməyə əsas verir.

 

Vardanyanın qaçması onu da sübut etdi ki, Qarabağdakı ermənilər bir daha onunkimilərin boş, “şirin” vədlərinə inanmamalı, öz gələcəklərini müstəqil, firavan Azərbaycana inteqrasiyada görməlidirlər. Onlar anlamalıdırlar ki, bundan sonra da kimsə vardanyankimilərin Qarabağa, Azərbaycanın digər ərazilərinə göndərilməsinə cəhd etsə, ölkəmizin qəti, prinsipial mövqeyi, Ali Baş Komandanımızın “Dəmir yumruğ”u ilə üzləşəcək. Azərbaycan bundan sonra da vardanyankimilərin Qarabağı təsiri altına almasına heç vaxt imkan verməyəcək və bununla bağlı qəti tədbirlər görəcək. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınan hüququdur.

 

Vardanyanın Azərbaycandan qaçması bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha çatdırdı. Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”. 

 

Vardanyanın Qarabağdan qaçması bir daha onu göstərir ki, Azərbaycanın siyasi iradəsinin əksinə olaraq heç kim Qarabağda hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul ola bilməz. Onun da məqsədi yaşamaq yox, məhz talamaq idi. Onun bu arzusu isə gözündə qaldı.

 

Bəs Vardanyan Qarabağdan niyə qaçdı? Bu sualın cavabı isə aydındır. Artıq iki aya yaxındır azərbaycanlı ekofəalların Laçın yolunda keçirdikləri dinc aksiya Vardanyanın və digər separatçıların əl-qolunu bağlamışdı. Artıq onlar Laçın-Xankəndi yolu ilə əvvəl olduğu kimi, rahat hərəkət edə, istədiklərini daşıya və ya gətirə bilmirdilər. Görünən odur ki, ekofəalların keçirdikləri dinc aksiya səbəbindən Vardanyan Qarabağdakı faydalı qazıntı yataqlarından çıxarılan qızılı və digər qiymətli metalları ölkədən çıxarmaqda artıq çətinlik çəkirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağa pul qazanmaq məqsədilə gələn Vardanyanın əlavə mənfəət əldə edə bilməməsi onun buradan çıxıb getməsinə səbəb oldu. 

 

Burada isə belə bir deyim yada düşür: “Özgə malına göz dikən gözsüz qalar”. Görünən odur ki, Vardanyan artıq “gözündən olacağı” günün yaxınlaşdığını hiss edirdi, ona görə də “malından qalmağı” üstün tutdu. Amma indi o, təkcə malından deyil, həm də “öz xalqı”ndan oldu, özü də birdəfəlik.(AZƏRTAC)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.