Türkiyənin 81 rayonunda məktəblər 20 fevrala qədər bağlı olacaq.
Məlumata görə, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özər məlumat verib.
O, ölkə daxilində məktəblərin fevralın 20-nə qədər təhsili dayandıracağını açıqlayıb.
Bundan öncəki qərara görə, məktəblər fevralın 13-nə qədər bağlanmışdı.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Xeyli sayda insan həlak olub və yaralanıb.