Türkiyədə və Suriyada dağıdıcı zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar fevralın 13-ü Şimali Makedoniyada matəm elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski deyib.
“Türkiyə və Suriyanın sərhəd bölgəsində baş vermiş dağıdıcı zəlzələlərdə həlak olanların xatirəsini anmaq üçün fevralın 13-nü matəm günü elan etdik. Şimali Makedoniya vətəndaşları sevdikləri və ailələri ilə dualar edir. Bütün vətəndaşlarımız həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz ölkə və xalq olaraq əziyyət çəkənlərə və hər şeyini itirmiş insanlara kömək etməyə, həmrəy və dəstək olmağa davam edəcəyik”, - deyə Baş nazir vurğulayıb.
Xatırladaq ki, indiyə olan məlumata görə, son zəlzələlər nəticəsində Türkiyədə həlak olanların sayı 29 605, Suriyada isə 8 500 nəfərə çatıb.