Birləşmiş Ştatlar Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistan hakimiyyətinin davamlı sülhə nail olmaq üçün tarixi imkanları var.
Bunu fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Respublikasının baş naziri Nikol Paşinyanla görüşdən əvvəl deyib.
"Biz hesab edirik ki, Azərbaycan və Ermənistanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri, eləcə də Aİ və bizimlə birgə yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yoluna yönəliblər. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla lazım olan hər şeyi etməyə hazırdır", - Blinken deyib.
O, hansı beynəlxalq tərəfdaşlardan danışdığını dəqiqləşdirməyib.