Türkiyədə Ordu zəlzələyə gec müdaxilə edib?
AKAR İDDİALARA CAVAB VERDİ

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar ölkənin Silahlı Qüvvələri ilə bağlı yayılan iddialara cavab verib.

 

“Star”ın məlumatına görə, o, bu barədə zəlzələ bölgəsindəki bölüklərin komandirləri ilə keçirdiyi videokonfransda danışıb.

 

H.Akar Milli Müdafiə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin fəlakətin baş verdiyi ilk andan etibarən səfərbər edildiyini və xalqın yanında olduğunu söyləyib.

 

Nazir bildirib ki, həqiqətə uyğun olmayan iddialar xoş niyyətli deyil: "Türkiyə Silahlı Qüvvələri vətəndaşlara kömək etmək üçün bütün lazımi səyləri göstərir. Mehmetcik terrorla mübarizə və sərhəd təhlükəsizliyi məsələsində olduğu kimi, zəlzələ ilə bağlı da ilk gündən etibarən zəruri olan bütün addımları atır. Bu işlərlə yanaşı terrorla mübarizə və sərhəd təhlükəsizliyi ilə bağlı tədbirlərimiz də eyni qətiyyətlə davam edir”.

 

H.Akar həmçinin vurğulayıb ki, ABŞ daxil olmaqla 6 ölkənin hava nəqliyyatı Türkiyə Silahlı Qüvvələrinin ixtiyarına verilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

 

Dünən axşam açıqlanan son məlumata görə, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.