Ermənistanda Paşnyanın istefasını tələb edən general saxlanıldı
HƏRBİ HİSSƏNİN ƏRAZİSİNİ SATIB?

Ermənistanın İstintaq Komitəsi general-mayor Qriqori Xaçaturovu saxlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun həbsi ilə bağlı vəsatət hazırlanır.

 

3-cü Ordu Korpusunun keçmiş komandiri, baş prokuror Anna Vardapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət təqibi üçün parlamentdən icazə aldıqdan sonra saxlanılıb.

 

İlkin versiyaya görə, hər iki keçmiş yüksək rütbəli hərbçi iki hərbi hissənin ərazisini satmaqla dələduzluqda ittiham olunur.

 

Ohanyan artıq bəyan edib ki, bunlar köhnə və dağılmış tikililər, istismar olunmayan və büdcəyə əlavə xərc mənbəyi olan torpaqlar olub.

 

Xatırladaq ki, general-mayor Qriqori Xaçaturov Ermənistan Baş Qərargahının keçmiş rəisi, rusiyapərəst general Yuri Xaçaturovun oğludur. Dəfələrlə baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bildirib ki, N. Paşinyanın Ermənistan Respublikasının Baş naziri vəzifəsini tutduğu hər saat, hər gün Ermənistan Respublikasının təhlükəsizliyini sarsıdır, ölkənin gələcəyini şübhə altına alır.

 

Buna görə də bəzi erməni KİV-ləri yazırlar ki, general Qriqori Xaçaturov əslində N.Paşinyan hökumətini devirmək üçün hərbi sui-qəsdin təşkilində ittiham olunur.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.