Ermənistanda məhkəmə general Xaçaturovu həbs etməkdən imtina etdi
KÜTLƏ "NİKOL SATQINDIR!" HAYQIRDI

İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi 3-cü Ordu Korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbsinə qərar verməyib.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə onun vəkili Akop Yenokyan məlumat verib.

 

"Məhkəmə prokurorluğun vəsatətini rədd etdi. Məhkəmənin qərarını təfərrüatı ilə öyrəndikdən sonra geniş açıqlama verəcəyəm", - Yenokyan deyib.

 

Vəkil dediklərinə onu da əlavə edib ki, Xaçaturov məhkəmə iclasında sərbəst buraxılıb və o, evə gedib. Məhkəmə binası qarşısında toplaşan Xaçaturovun tərəfdarları (Əsasən müxalifət və "Qarabağ klanı"nın tərəfdarları-red.) isə vəkilin açıqlamasını alqışlarla qarşılayıb və “Nikol satqındır” şüarını qışqırmağa başlayıblar.

 

Xatırladaq ki, general vəzifə səlahiyyətlərindən sui-istifadə və daşınmaz əmlakların leqallaşdırılmasında-çirkli pulların yuyulmasında ittiham olunurdu. 

 

Maraqlıdır ki, bu ittiham keçmiş müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı açılan cinayət işi ilə bağlıdır. Bir müddət öncə parlament baş prokuror Anna Vardapetyanın qaldırdığı vəsatəti təmin edərək, Ohanyanın toxunulmazlığını ləğv etmişdi. Məlumata görə, hərbi cani Ohanyan nazir olduğu müddətdə əmr imzalayaraq Ararat rayonunda yerləşən iki hərbi hissənin ərazilərinin və binalarının bazar qiymətlərindən xeyli aşağı qiymətə satılmasını təmin edibmiş. Torpaqlardan birinin real alıcısı isə bölmə komandiri Qriqori Xaçaturov olub.

 

Qeyd edək ki, general Qriqori Xaçaturov Baş Qərargahın keçmiş rəhbəri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını eks-baş katibi Yuri Xaçaturovun oğludur. "Balaca Xaçaturov" 2021-ci ilin iyulunda 3-cü Ordu Korpusunun komandiri vəzifəsini tərk edib. Sonradan o, bir neçə dəfə müxalifətin hökumət əleyhinə təşkil etdiyi etiraz aksiyalarında iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.