“SOCAR Türkiyə’’nin rəhbəri dəyişdi
ZAUR QƏHRƏMANOVUN YERİNƏ ELÇİN İBADOV GƏTİRİLDİ

“SOCAR Türkiyə’’nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadov şirkətin baş direktor vəzifəsini icra edən təyin olunub.

 

Senzor.az bildirir ki, bu barədə SOCAR məlumat yayıb.

 

Bildirilib ki, Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb.

 

2003-cü ildən etibarən 11 il müddətində “PwC” şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və baş maliyyə direktoru (CFO) vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib.

 

“Harvard Business School”da müxtəlif peşəkar təhsil və sertifikat proqramlarını tamamlayan Elçin İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.

 

2016-cı ildən “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsində çalışan Zaur Qəhrəmanov isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.