Rusiya Çinin “Xian Bingo İntelligent Aviation Technology” şirkəti ilə zərbə dronları almaq üçün danışıqlar aparır.
Bu barədə “Spiegel” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Pekin və Moskva aprelin əvvəlində təhvil veriləcək 100 zərbə PUA-sının alınması ilə bağlı danışıqlar aparırlar: “Şirkət 100 ədəd “ZT-180” PUA-sını 2023-cü ilin aprel ayına qədər Rusiyaya təhvil verməzdən əvvəl hazırlayıb sınaqdan keçirməyə razılaşıb. “ZT-180” 35-50 kiloqram ağırlığında döyüş başlığı daşımağa qadirdir. PUA-nın dizaynı İranın “Şahid 136” kamikadze dronu ilə oxşardır”.