“ABŞ Ukraynada müvəqqəti və dərhal atəşkəsə qarşıdır. Bu yalnız Rusiyaya öz qüvvələrini yenidən silahlandırmağa kömək edəcək”.
TASS bildirir ki, bu bəyanatla ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxış edib.
“Təhlükəsizlik Şurasının üzvləri sülhün ədalətli və davamlı olmasını təmin etmək üçün fundamental məsuliyyət daşıyırlar. Müvəqqəti atəşkəs və ya ilkin şərtlər irəli sürülmədən atəşkəs çağırışları Təhlükəsizlik Şurasını yanıltmamalıdır. Rusiya işğal olunmuş əraziyə nəzarəti gücləndirmək və sonrakı hücumlar üçün qüvvələrini yenidən silahlandırmaq məqsədilə istənilən metodlardan istifadə edir”, - deyə Blinken ABŞ Administrasiyasının versiyasını səsləndirib.