“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Xocalı soyqırımı qurbanlarının qisası alınıb”.
Senzor.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
Akademik qeyd edib ki, 44 günlük Vətən müharibəsində Prezidentin dəmir yumruğu ilə qəhrəman Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib: “Dövlətimiz Böyük Qayıdışla Qarabağı yenidən quraraq özünün sülhsevər siyasətini və siyasi varlığını bir daha sübut etmiş olur. Azərbaycan sülhsevər, ədalətli ölkədir. Xalqımız inanır ki, ölkə başçısının rəhbərliyi ilə Zəngəzur və Laçın dəhlizi açılacaq, bölgəyə sülh və əmin-amanlıq gələcək”.