Macarıstanın Baş naziri yenə ABŞ-sız “Avropa NATOsu” yaratmağı təklif edir

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ olmadan öz müdafiə ittifaqlarını yaratmalıdırlar.

 

Bunu Macarıstanın Baş naziri Viktor Orban “Die Weltwoche” nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, “Avropa NATOsu” qitənin təhlükəsizliyini gücləndirəcək və ölkələrə ABŞ-ın köməyinə arxalanmadan özlərini müdafiə etməyə imkan verəcək. Orban bunu hələ 2012-ci ildə təklif etdiyini xatırladıb.

 

Baş nazirin sözlərinə görə, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını Vaşinqton müəyyən edir və Avropa da bu şəraitdə öz simasını itirir.

 

“Bu gün Qərbdə ən azı iradə çatışmazlığı var. Qərb dünyanı bir məqsəd naminə birləşdirmək imkanını itirib”, - deyə o bəyan edib.

 

Orban vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin problemi ABŞ silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsidir. O əlavə edib ki, Rusiya liderinin motivlərini anlayır, lakin onun hərəkətlərini dəstəkləmir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.