Akşenerin qərarından sonra partiyasında istefalar başladı – NARAZILAR KILIÇDAROĞLUNUN TƏRƏFİNƏ KEÇİRLƏR

Meral Akşenerin ötən gün “altılı masa”nı tərk etməsindən sonra sədrlik etdiyi İYİ partiyada istefalar başlayıb.

 

Türkiyə mətbuatı xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə bağlı müsbət açıqlamasından sonra Akşenerin təklifi ilə vəzifəsindən ayrılan İYİ partiyasının sədr müavini Cihan Paçacı Korporativ Əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə qayıdıb. 

 

Partiyanın İdarə Heyətinin üzvü Bülent Gürsoy da üzvlükdən istefa verib. Sosial media hesabında “çayınızı hazırlayın, yenidən başlayırıq...” yazan Gürsoy istefasını belə əsaslandırıb: “Seçkilərə bir neçə ay qalmış illərdir davam edən mübarizəmiz boşa getdiyi üçün istefa verirəm. Proseslərin başlanmasında və davam etdirilməsində ciddi uğurlar qazanan, qarşıdakı dövrdə sosial ehtiyacların təmin edilməsi baxımından indiki oyunçular arasında ən səlahiyyətli hesab etdiyim Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləyirəm”.

 

Həmçinin sosial şəbəkələrdə bəzi əyalətlərdə partiya üzvlüyündən və yerli təşkilatlardan ardıcıl istefaların olduğu açıqlanır. İYİ partiyasının Şanlıurfa əyaləti üzrə sədri Halil Akbayır da “səhv etdi, nə edəcəklərini anlaya bilmədim, ona görə də partiyadan ayrıldım” açıqlamasını verib. O, istefasından sonra CHP-yə keçdiyini açıqlayıb.

 

“Qafqazinfo” xatırladır ki, martın 2-si “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsələr də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini bəyan edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.