Umayra Tağıyeva nazir müavini təyin edildi - DOSYE

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.

 

Senzor.az bildirir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.


Xatırladaq ki, Umayra Tağıyeva 3 aprel 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

 

O, 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsində sinoptik, mühəndis, 1993-2001-ci illərdə şöbə rəisi vəzifəsində çalışıb.

 

2001-2015-ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə Nazirliyin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib.

 

3 aprel 2020-ci il tarixindən Milli Hidrometeorologiya Xidmətinin rəisi olub.

 

U.Tağıyeva 22 may 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub, 22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

 

Ailəlidir, 1 övladı var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.