Ərdoğandan “Altılı masa”da baş verənlərə reaksiya – “NƏ EDİRLƏRSƏ ETSINLƏR…”

“Onlar nə edirlərsə-etsinlər, biz planımız, yol xəritəmiz üzərindən fəaliyyətimizi davam etdiririk”.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyanın “Altılı masa”dan çıxması ilə bağlı sualları cavablandırarkən deyib.

 

“AKP olaraq, Cümhur İttifaqı olaraq onlar nə deyər, nə edər, necə addım atar deyə düşüncələrimiz yoxdur. Yolumuzu müəyyən etdik və hazırda fəaliyyətimiz bu yol üzərindən davam etdirilir”, - deyə türk lider bildirib.

 

Xatırladaq ki, martın 2-si “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsələr də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

 

Bundan sonra İYİ partiyadan bir neçə nəfər istefa verib və narazılar Kamal Kılıçdaroğlunun tərəfinə keçiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.