Dünya bazarında dollar qıtlığı - BÖHRAN DƏRİNLƏŞİR

Dünya bazarında dollar qıtlığı səbəbindən böhran yaşanır.

 

"Bloomberg"in bazar iştirakçılarına istinadən yaydığı məlumatda belə deyilir.

 

Agentlik bir sıra ölkələrdə yaşanan iqtisadi problemləri nümunə gətirib. Qeyd olunub ki, Şri-Lankada xəstəxanalar əməliyyatlarını təxirə salır, Nigeriyada beynəlxalq uçuşlar dayandırılır, Pakistanda avtomobil zavodları bağlanır, bütün bunlar dollar qıtlığı səbəbindən baş verir.

 

Bir sıra ölkələrin iqtisadiyyatında problemlər daha da pisləşib. Bu cür tendensiya pul menecerlərini investisiyaların ayrılması zamanı ehtiyatlı davranmağa məcbur edəcək.

Məlumata görə, Banqladeşdə elektrik enerjisi istehsalçıları yaxınlaşan enerji böhranının qarşısını almaq üçün Mərkəzi Bankdan 1 milyard dollar tələb edirlər. Malavidə isə dərman, gübrə və dizel çatışmazlığı yaşanır.

 

Rusiya ilə Ukrayna arasında müharibə nəticəsində görülən tədbirlər dolların bahalaşmasına səbəb olub. “Bloomberg” yazır ki, buna görə bir çox ölkələrin iqtisadiyyatı böyük zərərə məruz qalıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.