ABŞ Gürcüstanı sanksiyalarla hədələdi

ABŞ Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edə bilər.

 

Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

 

"Biz Gürcüstanda son bir neçə saat ərzində baş verən hadisələri diqqətlə izləyirik. Biz Tbilisidən nümayişçilərə qarşı gözyaşardıcı qaz və etirazları yatırmaq üçün digər vasitələrdən istifadə edildiyinə dair xəbərlər alırıq", - Prays bildirib.

 

Xatırladaq ki, ötən axşam Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi parlament tərəfindən birinci oxunuşda qəbul edildikdən sonra ölkədə etirazlar başlayıb. Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, sənədi hakim “Gürcü arzusu” partiyası dəstəkləyib, 76 nəfər onun qəbulunun lehinə, 13 nəfər isə əleyhinə səs verib.

 

Qanun layihəsinin müzakirəsi Tbilisidə etirazların alovlanmasına səbəb olub. Etirazçılar ölkədə “demokratiyanın sonu”na qarşı çıxıb və təhlükəsizlik qüvvələri ilə toqquşublar.

 

Əksər küçələr nəqliyyat üçün bağlanıb. Deputatlar parlament binasından təxliyə ediliblər. Parlamentə gedən etirazçıları dağıtmaq üçün xüsusi təyinatlılar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. 

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.