Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini geri götürdü - KÜTLƏVİ ETİRAZLARDAN SONRA

“Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb.

 

Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

 

Bildirilir ki, qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında belə deyilir.

 

Qeyd olunub ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür: “Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”. 


Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.


Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Martın 7-8-də keçirilən aksiyalarda 133 nəfər saxlanılıb.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.