Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycanı dəstəkləyib - GİORGİ MARQVELAŞVİLİ

X Qlobal Bakı Forumu üç əsas parametrlə diqqət çəkir. Bunlar mövzu, iştirakçılar və logistika məsələsidir.


Bu fikirləri Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili X Qlobal Bakı Forumunun ilk günündə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.


Forumda bir neçə dəfə iştirak etdiyini qeyd edən sabiq Prezident onun nüfuzunun ildən-ilə artdığını bildirib. O, əsas formatın təcrübə mübadiləsi olduğunu qeyd edib və dünyanı narahat edən məsələlərin bu tribunadan müzakirə olunduğunu deyib.


Gürcüstanın müstəqillik yolunda inamla irəlilədiyini qeyd edən Giorgi Marqvelaşvili ümidvar olduğunu bildirib ki, yaşanan problemlərə baxmayaraq, hər şey arxada qalacaq və Cənubi Qafqaz ölkələrinin səyləri nəticəsində regionda sabitlik bərqərar olacaq.


“Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycanı dəstəkləyib. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Ermənistan da bizim yaxın qonşumuzdur. Gürcüstan öz növbəsində regionda sabitliyin təmin olunması üçün öz səylərini əsirgəmir. Minsk formatı artıq işləmir, biz özümüz səy göstərməliyik. Prezident İlham Əliyevin səyləri də bu istiqamətdədir”, - deyə Gürcüstanın sabiq Prezidenti vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.