Hikmət Hacıyev: “Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib”
VİDEO

“Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur. Son 10 ildə Forum öz uğurunu sübut edib”.

 

Senzor.az bildirir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.

 

“Dünyada Davos forumu deyilən bir anlayış var. Orada iqtisadi problemlər müzakirə olunur. Münhen Təhlükəsizlik Konfransında daha çox Avro-Atlantik miqyasda təhlükəsizlik məsələləri öndə dayanır. Ancaq burada çox fərqli baxış var. Burada müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur”, - H.Hacıyev deyib.

 

Qeyd edilib ki, "Qafqazın Davosu" kimi tanınan 10-cu Qlobal Bakı Forumu 2-ci gün panelləri ilə davam edib. Martın 9-da işə başlayan 10-cu Qlobal Bakı Forumu üçüncü gün sessiyaları ilə yekunlaşacaq.

 

Xatırladaq ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.