General Rüstəm Muradov yeni vəzifəsində çətin duruma düşüb - ŞOYQU ONDAN NİYƏ NARAZIDIR?
ŞƏRH

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya Müdafiə Nazirliyində Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradovla bağlı narazılıqlar artır. Bildirilib ki,   Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradova nəyin bahasına olursa-olsun Vuhledarı ələ keçirməyi əmr edib. 

 

Məlumata görə, Vuhledar istiqamətində irəliləyişin olmaması Muradovla bağlı tənqidi fikirləri artırıb: “Şoyqunun verdiyi əmrləri yerinə yetirmək üçün Muradovun yeni şəxsi heyətə və texnikaya ehtiyacı var. Amma Şoyqunun Muradovu lazımi resurslarla təmin edib-etməyəcəyi hələ məlum deyil”.

 

Bir müddət əvvəl Qarabağdakı sülhməramlı kontingentə komandanlıq edən Muradovla bağlı əvvəllər də tənqidi fikirlər səsləndirilib. Görünür, o, ümidləri dorğulda bilmir. 

 

R.Muradova kifayət qədər ciddi vəzifə həvalə edilib. Onun ortaya qoyduğu səriştə müharibənin taleyi üçün həlledici ola bilər.  

Vuhledar Donetsk vilayətinin rayonudur. Və strateji əhəmiyyətə malikdir. Vuhledarın ələ keçirilməsi Donetskə nəzarətin təmin olunması deməkdir. Bu isə gələcəkdə Ukraynanın parçalanmasına səbəb ola bilər. Odur ki, Rusiya Silahlı Qüvvələri bu istiqamətə xüsusi diqqət yetirir. 

 

İkinci bir tərəfdən, Vuhledar hazırda gərgin döyüşlərin getdiyi Baxmutla qonşudur. Deməli, Vuhledarın ələ keçirilməsi Rusiya ordusuna həm də Baxmutda üstünlüyü ələ almaq üçün lazımdır. 

 

Ukraynanın şərq istiqaməti Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də Muradovdan gözləntilər böyükdür. 

 

Qarşıya qoyulan tapşırığın yerinə yetirilməsi üçün Muradova şəxsi heyət və texnikanın ayrılması da riskli məsələdir. Əlbəttə, cəhdlər yenə uğursuz olarsa, resurslar boş-boşuna sərf edilmiş olacaq. Bu isə indi Rusiya üçün qətiyyən arzuolunan deyil. Mövcud resurslar onsuz da günü-gündən tükənir. 

 

Gələcəkdə tənqidi fikirlərin artacağı təqdirdə Muradovun vəzifəsindən azad olunacağı istisna deyil. 

 

Kənan Novruzov, 

siyasi skspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.