“Altıpartiyalı koalisiyanın gücləndirilmiş parlament sistemi kimi başladığı yol at bazarlığından da betər vitse-prezidentlik uğrunda mübarizə ilə yekunlaşdı”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Altılı masa”nı tənqid edərkən deyib.
Ərdoğan bildirib ki, “Bay Kamal”ı (CHP rəhbəri Kamal Kılıçdaroğlu - red.) prezidentliyə namizəd kimi göstərən bu koalisiyanın gündəmində ölkə və millətin heç bir məsələsi yoxdur: “Mənfiləri aradan qaldırmaq üçün nə hər hansı bir niyyəti, nə də təklif və ya layihəsi var. Qlobal və regional böhranların Türkiyə iqtisadiyyatına təsirləri onların gündəmində deyil.Türkiyənin 20 ildə əldə etdiyi tərəqqi, böyümə və inkişafı qoruyub saxlamaq üçün bir addım belə atmaq onların gündəmində deyil, əksinə, nələri məhv edəcəklərini vəd edirlər”.
Ölkə sərhədlərini təhdid edən, gözünü birlik və həmrəyliyə dikmiş terror təşkilatlarının başçılarını əzmək üçün apardıqları mübarizəni davam etdirmək əzminin müxalifətin gündəmində olmadığını qeyd edən Ərdoğan daha sonra deyib: "Yaxşı, bu koalisiyanın gündəmində nə var? Onların gündəmində ancaq siyasi ambisiya var. Vəzifə və mövqe bölgüsü var. Ölkənin resurslarını necə talamaq planı var. İşi, milli birlik və həmrəyliyimizi pozmaq niyyəti var. Ölkəmizə və xalqımıza ağır bədəli olan köhnə Türkiyəni geri qaytarmaq üçün səylər var. Altıpartiyalı koalisiyanın “gücləndirilmiş parlament sistemi” olaraq başladığı yol ilk olaraq qumar masasında, sonra isə at sövdələşməsindən də betər vitse-prezidentlik və parlamentin bölünməsi uğrunda davayla sona çatdı. Üstəlik, bu elə bir mübarizədir ki, içində hədə-qorxudan tutmuş rüşvətə, təhqirdən tutmuş şantaja, kütlədən uzaqlaşmağa çalışanları süvari qoşunlarla atdöşü linç etməyə qədər hər cür çirkinlik var...
Millətimiz qarşısında məsuliyyətimizə uyğun olaraq, ölkəmizi bu mürəkkəb, qaranlıq, eybəcər, yönünü itirmiş, iddialı koalisiyanın mərhəmətinə buraxa bilmərik...”.
Daha ətraflı videoda: