Azərbaycanın inkişafı bizə öz resurlarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi.
Senzor.az bildirir ki, bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
“Biz əslində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti onu da bildirib ki, son iyirmi il əsasən enerji sektoru sahəsində sürətli iqtisadi artım illəri olub, indi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir: “Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft və qaz ixrac edirik”.