Ölkədə islahatlar aparılan kimi başlayırlar kadrları çıxarmağa. Səbəb də budur ki, həmin kadrlar çıxarılan nazir və ya icra başçısı ilə işləyib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
“Bu adamlar ya ölkəyə xəyanət etməyib, ya da oğurluq etməyiblər. Başqa nazirlə, icra başçısı ilə işləyiblər. İndi onlarla işləmək cinayət deyil ki? İslahat aparılır deyilən kimi, başlayırlar kadrları dəyişməyə. Belə olmaz axı! Kadr düşünür ki, bir addım qabağa gedəcək, nəsə olan kimi çıxarırlar. Düşünürəm ki, kadrların qorunması üçün işlər görülməlidir”, - deputat çıxışında iradlarını bildirib.