Zelenskinin ofisi Putinin həbsinə order verilməsi haqda
“16 MİNDƏN ÇOX UKRAYNALI UŞAQ ZORLA RUSİYAYA APARILIB”

Ukrayna Prezidentinin Ofisi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün orderlər verməsinə münasibət bildirib.

 

Senzor.az bildirir ki, Ofisin rəhbəri Andriy Yermak öz Telegram kanalında Ukraynanın Beynəlxalq Cinayət Məhkəməsi ilə sistemli şəkildə əməkdaşlıq etdiyini yazıb.

 

"Ukraynanın uşaqların qorunması və təhlükəsizliyi üzrə Koordinasiya Şurası da fəaliyyət göstərir, vəzifəsi uşaqların zorla Ukraynadan Rusiya Federasiyasına köçürülməsini və ya deportasiyasını dayandırmaq və uşaqların maraqlarına və beynəlxalq hüquqa uyğun olaraq ailələrinə geri qaytarmaq və qovuşdurmaqdır", - deyə o vurğulayıb. 

Yermak xatırladıb ki, Ukrayna hakimiyyəti 16 mindən çox uşağın məcburi deportasiyası faktını qeydə alıb. “Həqiqi rəqəmlər dəfələrlə çox ola bilər. 308 uşaq geri qaytarılıb. Bu, kifayət qədər çətin prosesdir, lakin biz bunun üzərində işləyirik”, - Yermak qeyd edib.

 

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri bildiriblər ki, Prezident Vladimir Putinin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə şəxsən məsuliyyət daşıdığını əsaslandırmaları üçün kifayət qədər faktları və arqumentləri var.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.