İsrail və Fələstin razılığa gəldilər
6 AY SÜLH OLACAQ

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən beştərəfli təhlükəsizlik toplantısında İsrail və Fələstin nümayəndə heyətləri gərginliyin qarşısını almaq üçün bazar günü növbəti üç-altı ay ərzində hər hansı birtərəfli tədbirləri dayandırmaq barədə razılığa gəliblər.

 

Bu barədə Misir Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair birgə bəyanatda deyilir. 

 

Bu, İsrailin Fələstində məskunlaşmaların genişləndirilməsi ilə bağlı müzakirələri dörd ay müddətinə dayandırmaq və növbəti altı ay ərzində tikintiyə icazələrin verilməsini təxirə salmaq öhdəliyini nəzərdə tutur.

 

Bundan əlavə tərəflər “zorakılığın, təhriklərin və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərin azaldılması və onlarla mübarizə mexanizminin işlənib hazırlanması” barədə razılığa gəliblər.

 

“Hər iki tərəf, həmçinin aralarındakı bütün əvvəlki razılaşmalara sadiqliklərini və bütün məsələləri birbaşa dialoq yolu ilə həll etməyə hazır olduqlarını təsdiqləyiblər”, - bəyanatda deyilir.

 

İsrail və Fələstin nümayəndə heyətlərinin, eləcə də Misir, İordaniya və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən beştərəfli görüşdə məqsəd müsəlmanların müqəddəs Ramazan ayında regionda sülhü təmin edəcək nizamlanmanın əldə edilməsi olub.

 

Azvision.az xatırladır ki, bundan əvvəlki görüş fevral ayında İordaniyanın Aqaba şəhərində keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.