ABŞ Prezidenti Co Bayden Novruz bayramını qeyd edən hər kəsi təbrik edib.
Senzor.az bildirir ki, bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir ki, Novruz bu gün dünyada milyonlarla insanın minilliklər boyunca qeyd etdiyi bayramdır.
"Bu bayram hətta qaranlıq günlərdə də qarşımızdakı ümidləri xatırladan yeni ilin başlanğıcı sayılır. Novruz bayramını qeyd edən hər kəsi təbrik edirəm", - deyə ABŞ lideri vurğulayıb.