"Bizdə nəinki siyasət, heç siyasi düşüncə də yoxdur"
ERMƏNİ EKSPERTDƏN İLGİNC ETİRAFLAR

Erməni ekspertlər getdikcə daha çox reallıqdan çıxış etməyə məcbur olurlar. Onlar xalqa indi daha az şişirdilmiş, yalan vədlər və proqnozlar, miflər üzərində qurulmuş fikirlər çatdırırlar. 

 

Azvision.az bildirir ki, məsələn, ekspert Vahe Davtyan bu mövzuda diqqət çəkən fikirlər səsləndirib. O, "Mamul"a açıqlamasında İranla bağlı erməni cəmiyyətində formalaşmış yanlış fikirlər və ümumilikdə ölkəsinin siyasi çöküşü barədə danışıb.

 

“Ermənistanda nəinki siyasət, heç siyasi düşüncə də yoxdur. Yaxud da, biz bu sarıdan ciddi çatışmazlıqlarla üzləşmişik. Üstəlik, bu amil çox vaxt özünü təkcə adi vətəndaşlar arasında deyil, həm də ictimai arenada- politoloqlar, analitiklər, ekspertlərdə göstərir.

 

 

Əks halda, İranın Türkiyə və Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar başlayacağı təqdirdə Bakı ilə Ankaraya müharibə elan edəcəyi barədə absurd açıqlamalar yayılmazdı”, - deyə erməni siyasi ekspert həmkarlarının siyasi savadsızlığından gileylənib.

 

O qeyd edib ki, səriştəsizliklərin də bir həddi olmalıdır. Davtyan ekspertlərə məsləhət görüb ki, "canlı yayımdan və ya məqalə dərc etməzdən əvvəl öz üzərinizdə işləyin. Ədəbiyyat oxuyun, ermənidaxili, hətta Qafqazdaxili siyasi sahəni izləyin və prosesləri makro səviyyədə müşahidə edin".

 

Davtyanın fikrincə, əgər həmkarları və ümumilikdə erməni xalqı Yaxın Şərq, Mərkəzi Asiya və Avropadakı siyasi hadisələri və prosesləri düzgün analiz etməyə çalışsalar anlayacaqlar ki, Tehran heç vaxt onlara qoşulub müharibəyə girişməz. Vəziyyətin gərginləşməsi fonunda İran yalnız o halda döyüş əməliyyatlarına müdaxilə edəcək ki, onun sərhədləri aşkar şəkildə hiss olunan təhlükə ilə üzləşsin, təhdid edilsin.

 

“Ən əsası isə hazırda İran üçün heç bir fiziki təhlükə yoxdur. İsrail nə qədər müxtəlif döyüşkən ruhda bəyanatlar versə belə, yenə də İranla ərəb dünyasının əsas oyunçuları arasında münasibətlərin yaxşılaşmasını nəzərə almalıdır. Özü də bu Pekinin vasitəçiliyi ilə baş tutur və çəkindirici məqsədlər də daşıyır. Bir şeyi nəhayət anlayın ki, İranın müharibəyə başlamaq planı olsaydı, bunu 2020-ci ilin payızında edərdi. Sizcə, yaxşı xüsusi xidmət şəbəkəsi olan Tehranın Ankara və Bakının uzunmüddətli hədəflərindən xəbəri yox idi? Onlar anklav problemlərindən də xəbərsiz idilər? Suallarım əlbəttə ki, ritorik səslənir,- deyə siyasi ekspert vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.