Ərdoğan: “Ayasofya və Qarabağ deyəndə anlayanlarla yol gedirik”

“Bəzilərinə Ayasofya, bəzilərinə Qarabağ deyirəm. Ayasofya və Qarabağ deyəndə anlayanlarla yol gedirik”.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayımındakı müsahibəsində deyib.

 

“Bəzilərinə “TOGG” deyirəm. Anlayanlar var, başa düşməyənlər var. Bəzilərinə “Qara dənizdə təbii qaz kəşf etdik”  deyəndə, gəldiyimiz nöqtəni anlayırlar. Bəzilərinə İHA, SİHA və Akıncı haqqında danışanda dünya bunu anlayır, amma hələ də anlamayanlarımız var. “Qızıl alma” deyirsən, adam başa düşmür. “Qızıl alma” bir üfüqdür”, - deyə o bildirib.

 

Ərdoğan müsahibəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasındakı dəstəyinə də toxunub: “Biz TDT ilə artıq bir bədənin üzvləri kimiyik. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”. 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.