Türkiyə ölkənin daxilində və xaricində terrorla mübarizəsini son terrorçu zərərsizləşdirilənə qədər davam etdirəcək.
Senzor.az bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda iftar mərasimindəki çıxışında deyib.
Dövlət başçısı terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq göstərmək cəhdlərinin perspektivsiz olduğunu da qeyd edib.
"Biz Türkiyəni terrorizm yolu ilə diz çökdürmək və marginal strukturlar vasitəsilə Türkiyə siyasətini yenidən qurmaq cəhdlərinin qarşısını alacağıq", - deyə Prezident bəyan edib.
Ərdoğan, həmçinin Cumhur ittifaqının 14 mayda keçiriləcək prezident və millət vəkili seçkilərini xalqın dəstəyi ilə qazanacağını da vurğulayıb.