“İsraildə məhkəmə islahatlarına qarşı hökumət əleyhinə etirazları ABŞ Dövlət Departamenti maliyyələşdirir”.
“The Jerusalem Post” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu paylaşdığı bir sıra tvit və retvitlərində yazıb.
Onun paylaşdığı tvitlərdən birində İsraildə keçirilən məhkəmə islahatlarına qarşı etirazların arxasında amerikalıların dayandığı bildirilir. Həmin tvitə görə, iranlılarla razılığa gəlmək üçün Baş nazirə təzyiq göstərilir: “ABŞ Dövlət Departamenti İsraildə Netanyahunu devirmək üçün keçirilən etirazların arxasında, görünür, iranlılarla razılığa gəlmək üçün dayanır”.
“Report” xatırladır ki, Benyamin Netanyahu hökuməti məhkəmələrin səlahiyyətlərini məhdudlaşdırmaq üçün islahatlar aparmaq istəyir.