İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi
YENİLƏNİB, FOTO

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

 

Senzor.az bildirir ki, bu barədə səfirlikdən məlumat verilib.

 

"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.

 

Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.

 

**20:51


İsrailin Azərbaycandakı səfirliyi də məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.

 

Senzor.az bildirir ki, bu barədə  səfirlikdən məlumat verilib.

 

Bildirilib ki, İsrail səfirliyi və konsulluğu da növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.

 

**18:28

                       ABŞ-dan sonra İsrailin daha 5 ölkədəki səfirliyi fəaliyyətini dayandırdı


ABŞ-dakı səfirliyin ardından İsrailin bir neçə ölkədəki diplomatik nümayəndəlikləri də tətil elan edib. 

 

“Röyters” xəbər verir ki, İsrailin Fransa, Belçika, Cənubi Afrika Respublikası (CAR), Estoniya və Finlandiyadakı səfirlikləri də bu gün işləməyəcək.  

 

Diplomatik nümayəndəliklər yalnız fövqəladə xidmətlər göstərəcəklər.

 

**17:28

 

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb.

 

Xarici KİV xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı diplomatik missiyasından bildirilib.

 

Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.

 

Məlumata görə, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün səfirlik, konsulluq və təmsilçiklərinə də aiddir.

 

Ölkənin Vaşinqtondakı səfirliyi növbəti qərara qədər bağlı qalacaq, həmçinin konsulluq xidməti göstərilməyəcək.

 

Xatırladaq ki, martın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə etirazlar başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.