Ermənistan hökuməti Rusiya Prezidenti Vladimir Putini ölkəyə səfər edəcəyi təqdirdə Haaqa tribunalına verməyəcək.
"Unian" xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
Onun sözlərinə görə, hökumət Azərbaycanla fikir ayrılıqlarına görə 2022-ci ilin dekabrında Roma Statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin sonrakı qərarlarını öncədən proqnozlaşdırmaq mümkün olmayıb.
"Buna görə də hakim komanda Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində deyil", - Arşakyan əlavə edib.