Səudiyyə Ərəbistanı Suriya Prezidenti Bəşər Əsədi may ayında keçiriləcək Ərəb Liqasının sammitinə dəvət etməyi planlaşdırır.
Bu barədə “Röyters” məlumat yayıb.
“Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan mayın 19-da keçiriləcək sammitə rəsmi dəvətnaməni Əsədə təqdim etmək üçün yaxın həftələrdə Dəməşqə gedəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə “Röyters” Səudiyyə Ərəbistanının Suriyada səfirlik açmağı planlaşdırdığı barədə yazmışdı.