İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantın istefasını təxirə salıb.
İsrailin “Kan” telekanalının məlumata görə, bu qərar çətin təhlükəsizlik vəziyyəti ilə əlaqədar qəbul edilib.
Məlumatda deyilir: “Təhlükəsizlik vəziyyətinin inkişafı ilə əlaqədar olaraq, Netanyahu gələcəkdə müdafiə nazirinin işini öz üzərinə götürəcək”.
Amma hələ bu məlumatın rəsmi təsdiqi yoxdur.
Azvision.az xatırladır ki, bu ilin yanvar ayında Baş nazir Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və icra hakimiyyəti orqanına hakimlərin seçki prosesinə nəzarət hüququ verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Qanun layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən müxalifətin narazılığına səbəb olub və buna etiraz olaraq aksiyalar başlayıb.
İsrailin müdafiə naziri Yoav Qalant martın 25-də etirazçıları dəstəkləyib. Martın 26-da B.Netanyahu onu istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə etirazlar daha da artıb, insanlar küçələrə çıxıblar.