İranda hicabsız qadınları müşahidə kameralarının köməyi ilə tapacaqlar

İranda hicabsız gəzən qadınları müəyyən edib cəzalandırmaq üçün ictimai yerlərdə və küçələrdə videokameralar quraşdırılır.

 

Bu barədə öz mənbələrinə istinadən “Reuters” məlumat yayıb. 

 

Qeyd olunub ki, bu tədbir “hicab qanununa qarşı müqaviməti qabaqlamaq” məqsədi daşıyır. Polis hicabsız gəzən və ya səhv taxan qadınları müəyyənləşdirəcək. Bundan sonra qanunu pozanlar “fəsadlar barədə xəbərdarlıq edən mətn mesajları” alacaqlar.

 

Xatırladaq ki, ötən il sentyabrın 14-də Məhsa Əmini yanlış taxılmış hicaba görə əxlaq polisi tərəfindən saxlanılıb. Dindirildikdən sonra o, xəstəxanaya aparılıb və orada komaya düşüb. Sentyabrın 16-da Əmini 22 yaşında vəfat edib. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu bildiriblər. Lakin yaxınları dindirmə zamanı onun vəhşicəsinə döyüldüyünü iddia edirlər.

 

Hadisədən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı 200 nəfər həlak olub. Müstəqil QHT-lərin məlumatına görə isə ölənlərin sayı 500-dən çoxdur. 

 

Dekabrın 4-də İran rəhbərliyi əxlaq polisini ləğv edib.

 

Hicab tələbinə gəlincə, bu qayda 1979-cu ildən - İslam İnqilabı dini qanunların sərt təfsirini verəndən tətbiq olunur. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.