Finlandiyada vətəndaş təşəbbüsləri saytında Baltik dənizindəki Aland adalarında Rusiya Federasiyası konsulluğunun bağlanması çağırışı üzrə imzaların toplanmasına başlanılıb.
Bu barədə Mk.ru məlumat yayıb.
Təşəbbüsün müəllifləri hesab edirlər ki, Rusiya diplomatik missiyası Finlandiyanın NATO-ya qəbulu ilə əlaqədar bağlanmalıdır. Onların fikrincə, konsulluğun fəaliyyəti hazırda Şimali Avropa ölkəsinin təhlükəsizliyini məhdudlaşdırır və təhlükə altına alır.
Təşəbbüs aprelin 4-də irəli sürülsə də, bu barədə məlumat Finlandiya mediasında dünən yayılıb. Bu paylaşımdan sonra imzaların sayı xeyli artıb.