Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda görüşəcəklər? - ERMƏNİ MƏTBUATI

Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilə bilər.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistanın "Past" nəşri məlumat yayıb.

 

İddia olunur ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın növbəti görüşünün may ayının ikinci yarısında Vaşinqtonda keçirilməsi planlaşdırılır.

 

Qəzetin Xarici İşlər Nazirliyindəki adı açıqlamayan mənbəsi bildirib ki, Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür.Qeyd olunur ki, görüşün təşəbbüskarı ABŞ-ın dövlət katibi Entoni Blinkendir.

 

Nəşrin məlumatına görə, eyni zamanda Avropa dairələri də görüşün keçirilməsində fəal və maraqlıdırlar. Xatırladılır ki, Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb.

 

Qəzetin diplomatik mənbəsinin bildirdiyinə görə, avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər.

 

Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında sonuncu görüş bu il fevral ayının 18-də Münxendə keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.