Türkiyəli məşhur jurnalist Fatih Portakal şəxsi mənbələrinə istinadla "Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə kimlərin nazir postunu tutacağını açıqlayıb.
O, Kılıçdaroğlunun quracağı hökumətin tam tərkibini yox, Kabinetin bəzi üzvlərinin adlarını elan edib.
Belə ki, iddiaya görə, daxili işlər naziri Engin Özkoç, ailə məsələləri üzrə nazir Selin Sayek Böke, əmək naziri isə Bülent Kuşoğlu olacaq.
Bundan başqa, jurnlistin fikrincə, ətraf mühit və şəhərsalma naziri vəzifəsi ləğv olunaraq əvəzinə iki nazir postu yaradılacaq ki, hər iki nazirin işinə ümumi rəhbərliyi İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu həyata keçirəcək.
Modern.az xatırladır ki, Türkiyədə 14 mayda həm parlament, həm də prezident seçkiləri keçiriləcək.