Fransanın Konstitusiya Şurası pensiya islahatını qismən qanuni hesab edib və pensiya yaşının 62-dən 64-ə qaldırılmasını təsdiqləyib.
Senzor.az bildirir ki, bu barədə sənəd Konstitusiya Şurasının saytında dərc olunub.
Eyni zamanda, Konstitusiya Şurası solçu partiyaların pensiya yaşının artırılmasının qadağan olunması ilə bağlı referendum keçirilməsinə dair vəsatətini rədd edib.
Konstitusiya Şurası, həmçinin pensiya islahatı ilə bağlı qanun layihəsinin bir sıra maddələrini, o cümlədən yaşı 55-dən yuxarı olan şəxsləri işə götürməkdən imtina edən şirkətlər üçün cərimələrin tətbiqi ilə bağlı müddəanı qeyri-qanuni sayıb.
Qeyd edək ki, pensiya islahatı Fransa həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli nümayişlərə və etirazlara səbəb olub.