Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Polşaya rəsmi səfəri çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
Bu barədə Senzor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti həmçinin, Varşava Üsyanı Muzeyi ilə də tanış olub.