Sudan ordusu cümə günü ölkədə üç gün müddətində atəşkəsə razılıq verdiyini açıqlayıb.
Senzor.az bildirir ki, bu barədə Əl-Hədath telekanalına Sudan ordusunun nümayəndəsi məlumat verib.
O qeyd edib ki, ordu üsyançıların da atəşkəsə əməl edəcəyinə və hərbi əməliyyatları dayandıracağına ümid bəsləyir.
Qeyd edək ki, cümə axşamı axşam beynəlxalq vasitəçilərin səyi nəticəsində Ramazan bayramında üsyançılarla Sudan ordusu arasında atəşkəslə bağlı razılıq əldə olunub. Amma...
Yenə qan tökülüb: Ramazan bayramının ilk günü baş verən qarşıdurmalarda azı 59 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.