Qazaxıstan Vətənin Müdafiəçisi Günü (7 May) və Qələbə Gününə (9 May) həsr olunmuş hərbi parad keçirmək niyyətində deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, paradın keçirilməməsinə səbəb büdcəyə qənaət etməkdir. "Prioritet Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin lazımi döyüş hazırlığı və mobillik səviyyəsini saxlamaqdır", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Qazaxıstanda sonuncu dəfə hərbi parad 2019-cu ildə keçirilib.