Bundan sonra Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə pasport verməyəcək.
Modern.az xəbər verir ki, bu barədə qondarma rejimin Ardarutyun adlı partiyasının İcraiyyə Komitəsinin sədri Arşak Abramyan bildirib.
Onun sözlərinə görə, Qarabağ erməniləri Ermənistan pasportu ala bilməyəcəklər. Səbəb isə İrəvan hakimiyyətinin bundan imtina etməsi göstərilir.
Abramyan, həmçinin qeyd edib ki, Qarabağda yaşayan erməni sakinlərin bank kartları da bloklanacaq və təqaüdlər ləğv ediləcək.