Qarabağdakı sülhməramlıların yeni komandanı 20 Yanvar qətliamında iştirak edib? + ARVADININ DA ERMƏNİ OLDUĞU BİLDİRİLİR

Aprelin 25-də Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin edilib. Məlumatı Rusiya Müdafiə Nazirliyi rəsmən təsdiqləyib. Bildirilib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun yaxın adamı, Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov sülhməramlıların rəhbəri postuna gətirilib.

 

Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, Rusiya dairələrində bundan öncəki komandan Volkovdan ciddi narazılıq olub, bu səbəbdən Moskva onu daha təcrübəli zabitlə əvəz etmək qərarına gəlib.

 

67 yaşlı Lentsovun bioqrafiyası olduqca rəngarəngdir. 1978-ci ildə Ryazan Ali Hava Desant Komandanlıq Məktəbini bitirib və SSRİ ordusunda hərbi xidmətə başlayıb, Birinci və İkinci Çeçenistan müharibələrində, daha sonra Suriyada qanlı toqquşmalarda iştirak edib.

 

Rusiya Müdafiə Nazirliyinin saytında Lentsov haqqında deyilir: “1989-cu ildə M.V.Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra Hava-Desant Qüvvələrində alayın qərargah rəisi, alay komandiri, diviziya komandirinin müavini və komandiri vəzifələrində xidmət edib”. 

Rus generalın bioqrafiyasında qeyd olunub ki, o, 1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant alayının qərargah rəisi vəzifəsində çalışıb. Bu alay 1947-ci ildə yaradılıb və bir çox münaqişələrə cəlb olunub. 

 

137-ci qvardiya hava-desant alayı 1990-cı ilin 20 yanvar tarixində Bakıda SSRİ ordusunun törətdiyi qətliamın iştirakçısı olub. 

 

Məlumatı o dövrdə SSRİ Hava-Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri olan general-mayor Aleksandr Lebed 1995-ci ildə çap olunan “Za derjavu obidno” adlı kitabında təsdiqləyib. O vurğulayıb ki, Bakıya ilk yollanan 137-ci Ryazan hava-desant alayı olub.

 

Bir daha qeyd edək ki, Lentsov həmin vaxt Bakıda qırğınlar törədən 137-ci hava-desant alayının qərargah rəisi vəzifəsində çalışıb. Bundan əvvəl həmin qüvvələr Tbilisidə günahsız insanların qətlə yetirilməsində iştirak edib.

 

Onu da qeyd edək ki, Lentsov 1990-1993-cü illərdə 331-ci diviziya hava-desant alayının komandiri olub. Bu qoşunların tarixi ilə bağlı məqalədə bildirilir ki, 331-ci hava-desant alayı 1990-cı ildə Cənubi Qafqazda “asayişin bərpa olunması” prosesinə cəlb edilib. Lakin arxiv materiallarında Lentsovun 20 Yanvar qətliamında şəxsən iştirak edib-etmədiyi məlum deyil, bununla bağlı hər hansı informasiya yoxdur. 

 

20 Yanvar hadisələrindən 33 il, Azərbaycan Ordusunun Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasından bir neçə gün sonra Lentsovun Qarabağa göndərilməsi xüsusilə diqqət çəkir.

 

Maraqlıdır, niyə məhz Lentsov? Rusiya müdafiə naziri Sergey Şoyqu özünün ən yaxın adamını, adı 20 Yanvar faciəsində hallanan generalı Qarabağa hansı məqsədlə göndərib? 

 

Modern.az təəssüflə bildirir ki, bu sualların cavabları hələlik açıq qalır.  

 

Bu arada yeni komandanla bağlı daha bir maraqlı fakt açıqlanıb. Deyilənlərdən belə məlum olur ki, onun arvadı milliyyətcə ermənidir!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.