Türkiyədə seçki ehtirasları...
DAHA BİR PARTİYA "MİLLƏT İTTİFAQI"nı DƏSTƏKLƏYƏCƏK

Türkiyənin Liberal Demokrat Partiyası (LDP) qarşıdakı seçkilərdə "Millət İttifaqı"nın namizədini dəstəkləyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partiya bu barədə rəsmi bəyanat yayıb.

 

Bildirilib ki, LDP həm prezident seçkilərində ittifaqın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu, həm də parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin yer aldığı "Millət İttifaqı"nın proporsional siyahılarını dəstəkləyəcək.

 

"İqtisadi baxışlarımız hər nə qədər uyğun gəlməsə də, mövcud şərtlər və ifadələr çərçivəsində hüquqa hörmət, çağdaş sekulyar demokratiya və şəffaf bir məclis üçün dəstəyimizin "Millət İttifaqı" tərəfdə olacağını ictimaiyyətə açıqlayırıq", - deyə sənəddə qeyd olunub.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək.

 

LDP-nin qurucusu türkiyəli məşhur siyasətçi Besim Tibukdur. 2005-2017-ci illərdə isə partiyaya digər tanınmış siyasətçi Cem Toker rəhbərlik edib. Hazırda LDP-nin sədri Gültekin Tırpancıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.