Rusiya Prezidenti Vladimir Putin Yevgeni Priqojin və Sergey Şoyqu arasında münaqişədə Müdafiə Nazirliyinin tərəfini tutub.
Bu barədə "Vaşinqton Post" məlumat verib.
Məlumata görə, "Vaqner” muzdlu hərbi şirkətinin sahibi Y.Priqojin Putindən həbsxanalardan muzdluların toplanmasını davam etdirməyə (Müdafiə Nazirliyi və nazir Sergey Şoyqu ona bunu qadağan etdikdən sonra - red.), yeni səfərbər olunanları öyrətməyə və əcnəbi döyüşçüləri, xüsusilə də əfqanları cəlb etməyə şərait yaratmasını xahiş edib.
Putin faktiki olaraq generallarının tərəfini tutaraq, bu məsələləri Müdafiə Nazirliyi ilə özünün həll etməli olduğunu bildirib.