Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Müvəqqəti hökumətə rəhbərlik edən Heger bu qərarı nazirlərin istefası ilə bağlı qəbul edib.
Bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri də müvafiq müraciət göndərib.
E.Hegerin bazar günü Çaputova ilə görüşəcəyi gözlənilir. Onu da qeyd edək ki, artıq ölkə Prezidentinin yeni Baş nazir təyin etmək hüququ var.